Təhsil Nazirliyinin yeni İnternet resursu fəaliyyətə başlayıb
4 dekabr 2006
İlk baxışdan görünür ki, Nazirlik öz rəsmi veb-saytını dizayn, struktur və informasiya cəhətdən tamamilə yenidən qurub. İnternet-resursda diqqəti cəlb edən əsas məqam birbaşa Nazirliyin ən yüksək səviyyəli rəsmiləri ilə məktublaşmaq üçün imkanların yaradılmasıdır.
Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin Məlumatı
27 oktyabr 2006
27 oktyabr 2006- cı il tarixdə Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən “İnformasiya azadlığının gerçəkləşməsində İnternetin rolu: mövcud vəziyyət və perspektivlər ” mövzusunda Dəyirmi Masa keçirilib. Dəyirmi Masa ACİ-Yardım Fondu tərəfindən dəstəklənən “Dövlət orqanlarının və Mədən sənayesində şəffaflıq təşəbbüsünə qoşulan neft şirkətlərinin informasiya açıqlığının monitorinqi və vətəndaşların informasiya hüququnun gerçəkləşməsinə dəstək” Layihəsi çərçivəsində həyata keçirilir.
27 oktyabr 2006- cı il tarixdə , saat 10.30-da , BMM-də Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən “Dövlət orqanlarının və Mədən sənayesində şəffaflıq təşəbbüsünə qoşulan neft şirkətlərinin informasiya açıqlığının monitorinqi və vətəndaşların informasiya hüququnun gerçəkləşməsinə dəstək” Layihəsi çərçivəsində “İnformasiya azadlığının gerçəkləşməsində İnternetin rolu: mövcud vəziyyət və perspektivlər ” mövzusunda Dəyirmi Masa keçiriləcək.
www.mot.gov.az – Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin İnternet saytı
30 sentyabr 2006
Bugünlərdə yeniləşmiş formada istifadəyə verilən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin İnternet saytı digər saytlarla müqayisədə bir az fərqli təsir bağışlayır. Saytda axtarış qutusu var. Əks əlaqə üçün yetərincə imkanların olması, xüsusən də ayrı-ayrı vəzifəli şəxslərlə birbaşa əlaqə qeyd edilməyə dəyər. Ancaq təəssüf ki, bu saytda da işə qəbul, boş iş yerləri, tenderlər haqqında bilgi yoxdur. Sayt sol menyuda aşağıdakı bölmələrdən ibarətdir:
www.cec.gov.az – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının İnternet saytı
28 sentyabr 2006
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) İnternet saytı mövcud dövlət İnternet resursları arasında bəlkə də ən çox ziyarətçisi olanlardandır. Xüsusən də seçki dövründə bu sayta müraciətlər daha çox olur. Saytda seçkilərlə bağlı demək olar ki, bütün bilgiləri əldə etmək mümkündür. Ancaq bu o demək deyil ki, MSK-nın saytı tam mükəmməldir. Beləliklə, sayt yuxarı və sol menyu ilə açılır.
www.mys.gov.az – Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin İnternet saytı
25 sentyabr 2006
Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin İnternet saytı olduqca kasad və zəif təsir bağışlayır. Saytda demək olar ki, lazımi informasiya tapmaq mümkün deyil. Sadəcə bəzi keçirilmiş və keçiriləcək tədbirlər haqqında informasiyaları nisbətən dəyərli saymaq olar. Axtarış qutusu var. Nazirliyin özü haqqında heç bir bilgi yoxdur. Heç bir ünvan və telefon nömrəsi də gözə dəymir. Tender, işə qəbul və boş iş yerləri haqqında isə heç danışmağa dəyməz. Bir sözlə bu sayt alayarımçıq həvəskar işi təsir bağışlayır və bir neçə bölmədən ibarətdir:
ombudsman.gov.az – Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyinin (Ombudsman) İnternet saytı
23 sentyabr 2006
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyinin (Ombudsman) İnternet saytı sol menyu, qəbul günləri və qəbul saatları haqqında bilgi, son xəbərlərdən başlıqlar, müvəkkilliyin telefon nömrəsi və ünvanı, axtarış qutusu və qaynar xətt telefon nömrəsi ilə açılır. Təəssüf ki, sayt uzun müddətdir yenilənmir. Sayta yerləşdirilən ən son xəbər 27 yanvar tarixlidir və o da bəlli deyil ki, bu, hansı ilin yanvarıdır. Bundan başqa keçidlər verilsə də bir çox bölmələr tamamilə boşdur. Saytda boş iş yerləri, vəzifəli şəxslər, e-poçt ünvanı haqqında da bilgi yoxdur. Ümumilikdə isə sayt aşağıdakı bölmələrdən ibarətdir:
www.scs.gov.az – Azərbaycan Respublikasının Prezidenti Yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin İnternet saytı (2-ci dəfə)
22 sentyabr 2006
Azərbaycan Respublikasının Prezidenti Yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin İnternet saytının ciddi yenilənməsi haqda bilgi alarkən bunun köklü, xüsusən də məzmun xarakterli olduğunu düşündük. Ancaq təəssüflər olsun ki, bu, belə deyil. Yalnız dizayn dəyişikliyi nəzərə çarpan saytda əvvəl olduğu kimi (22 may 2006) yenə də məzmun kasadlığı var və bir sıra səhifələr hələ də qurulmaqdadır. Sentyabr ayı olmasına baxmayaraq sonuncu xəbər 5 iyul 2006-cı il tarixlidir.
www.oilfund.az – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnternet saytı (2-ci dəfə)
22 sentyabr 2006
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnternet saytının birinci monitoringindən (26 aprel 2006) keçən dövr ərzində bu resursun üzərində iş getdiyi göz önündədir. Doğrudur, elə birinci monitoring zamanı da bu sayt demək olar ki, yüksək bal (6,8) toplamışdı. Ancaq qeyd etdiyimiz bir sıra çatışmazlıqlar vardı ki, təəssüflər olsun ki, onlar hələ də aradan qaldırılmayıb.
Bəzi dövlət qurumları İnternet saytlarını unudub...
12 avgust 2006
Monitoring dövründə bir çox dövlət qurumlarının bu və ya digər dərəcədə öz İnternet resurslarını qurub istifadəyə verməsinin şahidi olmuşduq. Ancaq təəssüflər olsun ki, bəzi qurumlar bir vaxtlar qurulub fəaliyyət göstərən İnternet saytlarının mövcudluğunu deyəsən unudublar. Saytların məzmununa qiymət vermədən demək istərdik ki, biz kifayət qədər səbrlə gözlədik ki, onların fəaliyyəti bərpa edilsin. Bununla belə gözləmələrin əbəs olduğunu gördük. Hazırda müəyyən etdiyimiz üç qurumun saytları fəaliyyətsiz durumdadır.
Hörmətli ziyarətçilər. Artıq gördüyünüz kimi layihə çərçivəsində həyata keçirdiyimiz monitoring demək olar ki, bütün dövlət qurumlarını və bir sıra neft şirkətlərini əhatə edib. Gəlinən qənaət budur ki, əksər dövlət qurumları bu və ya başqa şəkildə İnternetin verdiyi imkanlardan yararlanmağa cəhd edir. Onların arasında bu işə ürəkdən çalışanlar olduğu kimi sadəcə plan xatirinə yanaşanlar da var. Hətta bəzi dövlət qurumlarının İnternet saytları ümumiyyətlə fəaliyyətdən kənardır ki, onlar haqqında da ayrıca söhbət olacaq.
www.btc.com.tr – Bakı – Tiflis – Ceyhan Neft Boru Kəməri direktorluğunun İnternet saytı
24 iyul 2006
Bakı – Tiflis – Ceyhan Neft Boru Kəməri direktorluğunun İnternet saytı təəssüflər olsun ki, Azərbaycandan daha çox Türkiyəyə həsr edilib. Əslində burada qeyri-normal heç nə yoxdur. Çünki sayt Türkiyəyə aiddir. Bununla belə nəzərə alsaq ki, Bakı – Tiflis – Ceyhan neft boru kəməri məhz Azərbaycandan başlayır o zaman ölkəmizə aid bilgilərin də burada yer almasını tələb etməkdə haqlı olardıq. Ümumiyyətlə isə BTC ilə Azərbaycan tərəfinin əhatəli İnternet saytı hazırlaması faydalı olardı. Türkiyə tərəfinə aid saytda aşağıdakı bölmələr yer alıb:
www.edu.gov.az – Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnternet saytı
23 iyul 2006
Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnternet saytı demək olar ki, tamamilə boşdur. Əslində onun boş olması haqqında bilgimiz çoxdan vardı. Ancaq ümid edirdik ki, monitoringimiz davam etdiyi dövrdə sayt tamamlanacaq və biz də orada nəyin olub-olmamasını dəyərləndirə biləcəyik. Göründüyü kimi bu baş vermədi və biz də olanlarla yetinməli olduq. Sayt aşağıdakı bölmələrdən ibarətdir:
www.unocal.com - «Unocal» Şirkətinin İnternet saytı
29 iyun 2006
«Unocal» Şirkətinin İnternet saytında Azərbaycanla bağlı demək olar ki, məlumat tapmaq mümkün deyildir. Burada yalnız bir neçə səhifədə şirkətin ölkəmizdə gördüyü işlər haqqında bilgi var. Burada Unocal-ın Azərbaycana gəlişi və iştirakçısı olduğu layihələrdən söz açılır. Saytda Bakı-Tiflis-Ceyhan neft kəməri haqqında da ayrıca söz edilir və Unocal-ın bu işdə payı haqda bilgi verilir. Ancaq bütün bunlar haqqında Azərbaycanlı ziyarətçi heç bir şey əldə edə bilməyəcək. Çünki bütün bilgilər yalnız ingilis dilindədir.
www.azpetrol.com - «Azpetrol» Şirkətinin İnternet saytı
28 iyun 2006
«Azpetrol» Şirkətinin İnternet saytı olduqca yığcam təsir bağışlayır. Burada o qədər də zəngin sayılmayacaq bilgilər yer alıb. Şirkətin vəzifəli şəxsləri, strukturu, tenderlər haqqında bir kəlmə də deyilmir. Əks əlaqə üçün yalnız telefon və faks nömrələri, ünvan verilib. Saytın heç bir yerində e-poçt ünvanı verilməyib. Axtarış qutusu var. Karyera imkanları haqqında danışılsa da bu, işə qəbul qaydalarını və boş iş yerlərini özündə ehtiva etmir. Saytın aşağıdakı bölmələri fəaliyyət göstərir:
www.tqdk.gov.az - Azərbaycan Respublikası Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının İnternet saytı
26 iyun 2006
Azərbaycan Respublikası Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının İnternet saytı üst tərəfdə abiturient.az, mekteb.edu.az, polyglot.az və elachi.edu.az saytlarına keçidlə, sol menyu və axtarış qutusu ilə açılır. Ana səhifədə statistik bilgilər, elmi-metodiki seminarların cədvəli, sınaq nəticələri və son xəbər və elanlara keçid də yer alıb. Ancaq işə qəbul və tenderlər haqqında bir kəlmə də deyilmir. Üstəlik ana səhifədə heç bir ünvan və telefon nömrəsi də verilmir. Ümumilikdə saytı zəngin saymaq olsa da bu sahədə vahid standartın yoxluğu burada da özünü göstərir. Saytda aşağıdakı bölmələr yer alıb:
diaspora.gov.az - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin İnternet saytı
20 iyun 2006
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin İnternet saytı ilk baxışdan hansısa əyləncə saytı təsiri bağışlayır. Ana səhifə çox qarmaqarışıqdır. Bəzən başqa bir səhifəyə keçid müxtəlif yerlərdə təkrarlanır. Komitə haqqında, onun vəzifəli şəxsləri barədə məlumat tapmaq mümkün deyil. Saytın axtarış menyusu olsa da bir dənə də telefon nömrəsinə rast gəlmək mümkün deyil. Komitənin ictimaiyyətlə əlaqələrə məsul olan vəzifəli şəxsi və ya bölməsi haqqında da bilgi yoxdur. İşə qəbul, tenderlər haqqında da heç nə deyilmir. Sayt aşağıdakı bölmələrdən ibarətdir:
www.sspf.gov.az - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İnternet saytı
14 iyun 2006
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İnternet saytı üst və sol menyu, e-poçt da daxil olmaqla fondun ünvanı, telefon və faks nömrələri, yeni məlumatlar, qaynar xətt telefonları və son xəbərlərə keçidlə açılır. Sayt yetərincə zəngin olsa da axtarış qutusunun yoxluğu onun istifadəsini bir qədər çətinləşdirir. Mətbuat xidməti, işə qəbul, tenderlər haqqında bilgi yoxdur. Saytda aşağıdakı bölmələr vardır:
azstand.gov.az - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin İnternet saytı
12 iyun 2006
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin İnternet saytı e-poçt da daxil olmaqla ünvan, telefon və faks nömrələri, sol menyu, axtarış qutusu və sağda son xəbərlərin başlıqları ilə açılır. Təəssüf ki, axtarış qutusu işləmir. Ən qəribəsi isə odur ki, bəzi xəbərlər saytda qyeri-standart (kiril əsaslı) şriftlərlə yerləşdirilib. Elə ana səhifədəcə bir təcili tender elanı verilsə də tender bölməsi yoxdur. Boş iş yerləri və işə qəbul haqqında da heç nə deyilmir. BMT İnkişaf Programının dəstəyi ilə hazırlanan saytda aşağıdakı bölmələr var:
AZ1001 Bakı ş., M. Əfəndiyev küçəsi 5, Multimedia Mərkəzi Tel.: 492 44 44; Email:info@informasiya.org
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz xahiş olunur