Dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlər
5 noyabr 2008
Multimedia Mərkəzi tərəfindən dövlət qurumlarının vətəndaşlara və hüquqi şəxslərə təqdim etdikləri elektron xidmətlərin Monitorinqi aparılıb. Monitorinqin nəticəsi olaraq hazırda dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin Siyahısı hazırlanıb.
“İctimai informasiya subyektlərinin rəsmi internet resurslarının Monitorinqinin yekunları” mövzusunda Təqdimat mərasimi keçirilib.
13 may 2008
13 may 2008- ci il tarixdə “İnformasiya Azadlığının İnkişafı “ Koalisiyası tərəfindən “İctimai informasiya subyektlərinin rəsmi internet resurslarının Monitorinqinin yekunları” mövzusunda Təqdimat mərasimi keçirilib. Mərasimdə Multimedia Mərkəzinin direktoru Osman Gündüz “İctimai informasiya subyektlərinin rəsmi internet resurslarının Monitorinqinin yekunları” ilə bağlı Hesabatı və informasiya açıqlığı üzrə Reytinq Cədvəlini təqdim edib.
Dövlət orqanlarının rəsmi internet saytlarının Monitorinqi -HESABAT ( noyabr, 2007 – 01 may, 2008 )
12 may 2008
Monitorinqin predmeti olaraq dövlət orqanlarının rəsmi internet saytlarında yerləşdirilən informasiyanın mövcud qanunvericiliyin tələblərinə, həmçinin internet resurslarla bağlı ümumi qəbul olunmuş normalara cavab verməsi araşdırılıb. Monitorinqin obyekti olaraq 50 dövlət orqanının rəsmi İnternet saytı analiz olunub.
“İctimai informasiya subyektlərinin rəsmi internet resurslarının Monitorinqinin yekunları” mövzusunda Təqdimat mərasimi keçiriləcək.
6 may 2008
“İnformasiya Azadlığının İnkişafı” Koalisiyası və onun aparıcı qurumu olan Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən 13 may 2008 - cı il tarixdə , saat 11.00-da , BMM-də “İctimai informasiya subyektlərinin rəsmi internet resurslarının Monitorinqinin yekunları” mövzusunda Təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimində 50 dövlət qurumunun
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus www.mincom.gov.az ünvanındakı İnternet resursunun monitoringi
29 aprel 2008
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) www.mincom.gov.az domen adlı İnternet saytı daha öncəki monitoringlər zamanı yüksək yerlərdə qərar tutmuşdu. Bu dəfəki ziyarətimiz də saytın iddialarında qaldığını, hətta daha da irəli getdiyini təsdiq etməkdədir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus www.mincom.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr
29 aprel 2008
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnternet saytı xeyli zəngin təsir bağışlayır. Doğrudur, ilk baxışdan bəzi informasiyalar (məsələn, büdcə kimi) var kimi görünürsə də ziyarət zamanı bunların daha çox ümumi xarakterli və bəzən də köhnə olması aşkarlanır. Bununla belə saytın müsbət xüsusiyyətlərini bir daha qeyd edir və onun təkmilləşdirilməsi ilə bağlı bəzi tövsiyələrimizi verməyi lazım bilirik.
Dövlət Sosial Müdafiə Fonduna məxsus www.sspf.gov.az ünvanındakı İnternet resursunun monitoringi
28 aprel 2008
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun www.sspf.gov.az domen adlı İnternet saytı, belə demək mümkünsə, iddialılar sırasındadır kimi görünür. Yəni saytın olduqca zəngin halda işlənməsi ondan xəbər verir ki, bu işə məsul olan qurum yetkililəri öz vəzifələrinə ciddi yanaşmışlar. Ancaq təəssüf doğuran bir amil də var ki, o da saytın ağır yüklənməsi ilə bağlıdır
Dövlət Sosial Müdafiə Fonduna məxsus www.sspf.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr
28 aprel 2008
Monitoringin nəticələrində də qeyd etdiyimiz kimi Dövlət Sosial Müdafiə Fondunun İnternet saytı bir sıra özəllikləri ilə seçilir. Xüsusən burada büdcə haqqında bilgilərin verilməsi təqdirəlayiqdir. Üstəlik statistik bilgilərə geniş yer verilməsi də təqdir olunandır. Ancaq
Ali Məhkəməyə məxsus supremecourt.gov.az ünvanındakı İnternet resursunun monitoringi
23 aprel 2008
Azərbaycan Respublikası Ali Məhkəməsinin www.supremecourt.gov.az domen adlı İnternet resursunun monitorinqinin nəticələrinə əsasən o zəngin və ya dolğun hesab edilə bilməz. Yəni saytda bir sıra zəruri bilgilər olsa da orada ən vacib informasiyaları tapmaq mümkün deyil. Üstəlik saytın tərtibatını elə də uğurlu hesab etmək olmaz
Ali Məhkəməsinə məxsus supremecourt.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr
23 aprel 2008
Monitoringin nəticələrində də qeyd etdiyimiz kimi Ali Məhkəmənin İnternet resursu elə də ciddi bir mənbə və ya resurs kimi dəyərləndirilə bilməz. İstər istifadə rahatlığı baxımından, istər texniki tərtibat baxımından, istərsə də dolğunluq baxımından bu sayt çox zəif təsir bağışlayır
Maliyyə Nazirliyinə məxsus www.maliyye.gov.az ünvanındakı İnternet resursunun monitoringi
21 aprel 2008
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin www.maliyye.gov.az domen adlı İnternet resursu ilkin olaraq zəngin sayt təsiri bağışlayır. Ancaq onun funksionallıq problemlərinin olması bu saytdan istifadəni ciddi əngəlləyəcək amildir. Sayt Mozilla Firefox səyyahında tam olaraq istifadə edilə bilmir. Bundan başqa sənədlərinin demək olar ki, böyük əksəriyyətinin .xls, .pdf və s. formatlarda olması yenə də onun istifadəsini mümkünsüz və ya çətin edir.
Maliyyə Nazirliyinə məxsus www.maliyye.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr
21 aprel 2008
Maliyyə Nazirliyinin İnternet resursu heç də göründüyü qədər deyilmiş. Yəni ana səhifəyə giriş zamanı sayt haqqında ilkin olaraq yüksək təəssürat yaransa da onu ziyarət etdikcə informasiya bolluğunun elə də geniş olmadığı aşkarlanır. Xüsusən də bir çox sənədlərin .pdf, .xls, .zip və s. formatlarda yerləşidirilməsi istifadəçi üçün xeyli çətinliklər yaradır..
Təhsil Nazirliyinə məxsus www.edu.gov.az ünvanındakı İnternet resursunun monitoringi
18 aprel 2008
Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus www.edu.gov.az domen adlı İnternet resursu ilk baxışdan zəngin bir sayt təsiri bağışlasa da əslində içi boşdur. Düzdür, sayt son zamanlar tərtibat və strukturlaşma baxımından yenidənqurmaya məruz qalıb. Ancaq ana səhifədəki keçidləri tıqladıqca açılan hər bir boş səhifə ziyarətçini özündən çıxarmaya bilmir. Açığı, bu cür vacib bir qurumun ixtiyarındakı resursdan ziyarətçilərə qarşı belə sayğısızlıq gözləmirdik
Təhsil Nazirliyinə məxsus www.edu.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr
18 aprel 2008
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məxsus www.edu.gov.az domen adlı İnternet resursu, təəssüf ki, gözləntiləri doğrultmadı. Düzdür, ilk baxışdan sayt zəngin resurs təsiri bağışlayır. Ancaq, əslində bu belə deyil. Açılan səhifələrin böyük bir hissəsi boşdur. Texniki tərtibat baxımından bu resursu müsbət qiymətləndirmək olsa da tərkib baxımından eyni sözü deyə bilmərik.
“Bələdiyyələrdə ictimai informasiyaların açıqlanmasının effektiv mexanizmlərinin yaradılması” mövzusunda Dəyirmi Masa keçirilib
17 aprel 2008
17 aprel 2008-ci il tarixdə BMM-də “İnformasiya Azadlığının İnkişafı “ Koalisiyası və tərəfdaş təşkilat olan AVCİYA tərəfindən “Bələdiyyələrdə ictimai informasiyaların açıqlanmasının effektiv mexanizmlərinin yaradılması” mövzusunda Dəyirmi Masa keçirilib.
Vergilər Nazirliyinə məxsus www.taxes.gov.az ünvanındakı İnternet resursunun monitoringi
16 aprel 2008
Vergilər Nazirliyinin www.taxes.gov.az domen adlı İnternet resursu apardığımız monitoringin birinci mərhələsində (02 oktyabr 2007) digər dövlət qurumlarının saytları ilə müqayisədə birinci yerə çıxmağı bacarmışdı. Bu mərhələdə apardığımız monitorinqin nəticələri də onu göstərir ki, sayt xeyli zənginləşdirilib .
Vergilər Nazirliyinə məxsus www.taxes.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr
16 aprel 2008
Vergilər Nazirliyinin İnternet resursu monitoringinin nəticəsinə əsasən belə qənaətə gəlmək olur ki, sayt informasiya cəhərdən kifayət qədər zəngindir. Burada “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan 22-si yerləşdirilib. Özü də bu informasiyaların demək olar ki, əksəriyyəti yetərincə dolğunluq və aktuallıq həddindədir. Bununla belə saytda bəzi çatışmazlıqlar da var ki, onlarla bağlı öz tövsiyələrimizi dilə gətirmək istərdik.
Müəllif Hüquqları Agentliyinə məxsus www.copag.gov.az ünvanındakı İnternet resursunun monitoringi
15 aprel 2008
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə məxsus www.copag.gov.az domen ünvanlı İnternet saytı özünün durğunluq dövrünü yaşayan resurslardan daha birinə bənzəyir. Sayt nəinki uzun zamandır yenilənmir, üstəlik mövcud tərkib də tələbatlara cavab vermir.
Müəllif Hüquqları Agentliyinə məxsus www.copag.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr
15 aprel 2008
Monitoringin nəticələrində Müəllif Hüquqları Agentliyinin İnternet saytında “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 3-nü tapmaq mümkündür. Həm də saytın tərtibatrı acınacaqlı durumdadır.
AZ1001 Bakı ş., M. Əfəndiyev küçəsi 5, Multimedia Mərkəzi Tel.: 492 44 44; Email:info@informasiya.org
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz xahiş olunur