| Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu |
| 2 avgust 2006 |
Bu Qanun Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
daha ətrafli ...
|
| Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu |
| 2 avgust 2006 |
Bu qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.
daha ətrafli ...
|
| AZƏRBAYCAN RESPUBLİKASININ KOORRUPSİYAYA QARŞI MÜBARİZƏ İLƏ ƏLAQƏDAR BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU |
| 2 avgust 2006 |
"Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 5, maddə 417; 1998-ci il, N 7, maddə 444; 1999-cu il, N 10, maddə 570; 2001-ci il, N 3, maddə 151, N 11, maddə 697, N12, maddə 736; 2002-ci il, N 8, maddə 463; 2004-cü il, N 1, maddə 10) aşağıdakı əlavələr edilsin:
daha ətrafli ...
|
| İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu |
| 2 avgust 2006 |
Bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait aradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir.
daha ətrafli ...
|
| İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu |
| 1 avgust 2006 |
Bu Qanun informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edir.
daha ətrafli ...
|
| «İNFORMASİYA ƏLDƏ ETMƏK HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI |
| 1 avgust 2006 |
«İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
daha ətrafli ...
|
| “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə |
| 1 avgust 2006 |
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
daha ətrafli ...
|
| İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunu |
| 1 avgust 2006 |
İctimai televiziya və radio yayımının məqsədi Azərbaycan Respublikası əhalisinin-bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.
daha ətrafli ...
|
| Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu |
| 1 avgust 2006 |
Bu Qanun Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir.
daha ətrafli ...
|
| Ətraf mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının Qanunu |
| 1 avgust 2006 |
Bu Qanun ətraf mühitin vəziyyətinə və təbii ehtiyatlardan istifadəyə dair dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, həmçinin məsul şəxslərdən tam, dəqiq, vaxtında informasiya almaqla bağlı yaranan münasibətləri tənzimləyir.
daha ətrafli ...
|
| Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu |
| 1 avgust 2006 |
Bu qanun əhalinin ekoloji təhsili və maarifləndirilməsi ilə bağlı dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, bu sahədə münasibətləri tənzimləyir.
daha ətrafli ...
|
| Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu |
| 1 avgust 2006 |
Bu Qanun Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədi ilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
daha ətrafli ...
|
| Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı |
| 1 avgust 2006 |
"Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
daha ətrafli ...
|
| Dövlət qulluğu haqqında |
| 1 avgust 2006 |
Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.
daha ətrafli ...
|
| Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydalarının təsdiq edilməsi barədə |
| 1 avgust 2006 |
«Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini nəzərə alaraq qərara alıram:
daha ətrafli ...
|
| "AZƏRBAYCAN RESPUBLİKASININ 2006-CI İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA"AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ OLUNMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI |
| 1 avgust 2006 |
"Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
daha ətrafli ...
|
| «Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003—2012-ci illər)» təsdiq edilməsi haqqında |
| 1 avgust 2006 |
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 9 yanvar tarixli 865 nömrəli Sərəncamına əsasən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birlikdə hazırlanmış, müvafiq milli və beynəlxalq qurumların müsbət rəyini almış «Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003—2012-ci illər)» Azərbaycan Respublikası üçün əhəmiyyətini nəzərə alaraq qərara alıram:
daha ətrafli ...
|
| Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə |
| 1 avgust 2006 |
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:1. «Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
daha ətrafli ...
|
| Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı |
| 1 avgust 2006 |
İnternet qlobal informasiya şəbəkəsi də daxil olmaqla, informasiya sistemləri və şəbəkələri, rabitə şəbəkələri vasitəsilə informasiya mübadiləsi həyata keçirilərkən Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyini təmin etmək məqsədilə qərara alıram:
daha ətrafli ...
|
| Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında |
| 1 avgust 2006 |
Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinin gəlirləri 3 406 315.3 min manat, xərcləri 3 594 315.3 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 3 187 200.0 min manat, yerli gəlirləri 219 115.3 min manat və mərkəzləşdirilmiş xərcləri 3 019 836.0 min manat, yerli xərcləri 574 479.3 min manat) məbləğində təsdiq edilsin.
daha ətrafli ...
|
<< Oncəki 1 2 3 Sonrakı >>
|