www.informasiya.org
» SƏSVERMƏ
Hökumətin informasiya acıqlığı Sizi qane edirmi?
Yox
Qismən
Bilmirəm
[Nəticələrə bax]

» XƏBƏRLƏRƏ YAZIL
» İmtina et


Açıq Cəmiyyət İnstitutu
Yardım Fondu


Counterpart International



Azərbaycan Respublikası Gəncə Şəhər Nizami Bələdiyyəsinin www.ganjanm.org domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR
3 oktyabr 2009 | Çap üçün versiya

Azərbaycan Respublikası Gəncə Şəhər Nizami Bələdiyyəsinin www.ganjanm.org domen ünvanlı İnternet resursu monitoringini apardığımız ilk bələdiyyə resursu kimi bizi heç də yaxşı mənada təsirləndirə bilmədi. Həm texniki tərtibat baxımından, həm funksionallıq, həm də ki, dolğunluq və operativlik baxımından olduqca zəif təsir bağışlayan saytın bir qədər, hətta kökündən təkmilləşdirilməsinə gərək var. Bunu nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi dilə gətirmək istərdik:

1. Ziyarətçilərin əks əlaqəsi üçün yalnız yer və bir ümumi e-poçt ünvanının verilməsi yetərli deyil. Buraya ayrı-ayrı teelfon nömrələri, onlayn yazışma forması və e-poçt ünvanları da əlavə edilməlidir.

2. Qurumun struktur bölmələri ilə əlaqə imkanlarını da saytda göstərmək lazımdır.

3. Rəhbər və rəhbər işçilərlə əks əlaqə üçün imkanlar təqdim edilməlidir.

4. Qurumun cari fəaliyyətini saytda əks etdirmək vacibdir.

5. Qurumun büdcəsi haqqında bilgiləri sayta yerləşdirmək lazımdır.

6. Qurum tərəfindən təklif edilən xidmətlər barədə də eyni fikri demək olar.

7. Boş iş yerləri və işə qəbul qaydalarını saytda əks etdirmək lazımdır.

8. Sahə işçilərinin əmək haqları haqqında da eyni fikirdəyik.

9. Vətəndaşların qəbulu ilə bağlı informasiyaları sayta yerləşdirmək məqsədəuyğundur.

10. Tender və yarışmalar barədə də eyni sözü demək olar.

11. Eyni fikri qurumun normayaratma fəaliyyətilə bağlı təkrarlamaq zorundayıq.

12. Saytın texniki imkanları zəmanədən çox-çox geridə qalmış olduğundan onun yenidən qurulması vacibdir.

» RESURSLAR

» SON YENILƏMƏ
« oktyabr 2009
Be Ça Çr Ca Şb Bz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

© 2006 – 2010
Müəllif hüquqları Multimedia Mərkəzi-nə məxsusdur
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb
AZ1001 Bakı ş., M. Əfəndiyev küçəsi 5, Multimedia Mərkəzi
Tel.: 492 44 44; Email: info@informasiya.org
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz xahiş olunur