www.informasiya.org
» SƏSVERMƏ
Hökumətin informasiya acıqlığı Sizi qane edirmi?
Yox
Qismən
Bilmirəm
[Nəticələrə bax]

» XƏBƏRLƏRƏ YAZIL
» İmtina et


Açıq Cəmiyyət İnstitutu
Yardım Fondu


Counterpart International



Azərbaycan Respublikası Gəncə Şəhər Nizami Bələdiyyəsinin www.ganjanm.org domen adlı İnternet saytının monitorinqinin yekunları /İCMAL/
3 oktyabr 2009 | Çap üçün versiya

Azərbaycan Respublikası Gəncə Şəhər Nizami Bələdiyyəsinin www.ganjanm.org domen ünvanlı İnternet resursu monitoringini apardığımız ilk bələdiyyə resursu olması baxımından bizim üçün olduqca ciddi maraq doğururdu. Ancaq saytı ziyarət etdikcə bir qədər təəssüf və tərəddüdlərlə üzləşdik. Yəni sayt həm texniki tərtibat baxımından, həm funksionallıq, həm də ki, dolğunluq və operativlik baxımından ən zəif dövlət qurumlarının saytlarından belə geridə qalır. Saytın ümumi mənzərəsi aşağıdakı kimidir:

1. Qurumun özü haqqında bilgilər yetərli sayıla biləcək həddədir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün yalnız yer və bir ümumi e-poçt ünvanı verilib. Ən adi telefon nömrəsi belə təklif edilmir.

3. Qurumun strukturu sxemlə göstərilib. Ancaq struktur bölmələri ilə əlaqə imkanları göstərilməyib.

4. Rəhbər və rəhbər işçilərin biografik bilgiləri təqdim edilir. Ancaq əks əlaqə üçün imkanlar təqdim edilmir.

5. Qurumun cari fəaliyyəti saytda demək olar ki, əks olunmur. Düzdür, bu qəbildən olan köhnə informasiyalar var, ancaq onları cari fəaliyyətə aid etmək olmaz.

6. Qurumun büdcəsi haqqında saytda heç nə deyilmir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə də bilgi yoxdur.

8. Boş iş yerləri və işə qəbul qaydaları saytda öz əksini tapmır.

9. Sahə işçilərinin əmək haqları haqqında da heç bir bilgi yoxdur.

10. Vətəndaşların qəbulu ilə bağlı hər hansı informasiya tapmaq mümkün deyildir.

11. Tender və yarışmalar barədə də eyni sözü demək olar.

12. Eyni fikri qurumun normayaratma fəaliyyətilə bağlı təkrarlamaq zorundayıq.

13. Saytın texniki imkanları zəmanədən çox-çox geridə qalmış durumdadır.

» RESURSLAR

» SON YENILƏMƏ
« oktyabr 2009
Be Ça Çr Ca Şb Bz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

© 2006 – 2010
Müəllif hüquqları Multimedia Mərkəzi-nə məxsusdur
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb
AZ1001 Bakı ş., M. Əfəndiyev küçəsi 5, Multimedia Mərkəzi
Tel.: 492 44 44; Email: info@informasiya.org
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz xahiş olunur