www.informasiya.org
» SƏSVERMƏ
Hökumətin informasiya acıqlığı Sizi qane edirmi?
Yox
Qismən
Bilmirəm
[Nəticələrə bax]

» XƏBƏRLƏRƏ YAZIL
» İmtina et


Açıq Cəmiyyət İnstitutu
Yardım Fondu


Counterpart International



Azərbaycan Respublikası Dövlət Migrasiya Xidmətinin www.migration.gov.az domen adlı saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR
19 oktyabr 2009 | Çap üçün versiya

Azərbaycan Respublikası Dövlət Migrasiya Xidmətinin www.migration.gov.az domen ünvanlı İnternet resursu, icmaldan da göründüyü kimi bəzi məsələlərlə bağlı yaxşı vəziyyətdədir. Ancaq bir sıra məqamlar saytda ümumiyyətlə əks olunmur, yaxud da zəif əks olunur. Ümumi fikir isə bundan ibarətdir ki, saytın təkmilləşdirilmə imkanları yetərincədir. Ona görə də aşağıda təkmilləşdirmə ilə bağlı bəzi tövsiyələrimizi təqdim etmək istərdik:

1. Qurumun özü ilə bağlı informasiya bölməsində rəhbər işçilərin hamısı haqqında biografik bilgilərin verilməsi zəruridir.

2. Ziyarətçilərin əks əlaqəsini daha da yaxşılaşdırmaq üçün ayrı-ayrı xidmət və altbölümlərin telefon və faks nömrələrini tam şəkildə təqdim etmək işin xeyrinə olardı.

3. Daha bir faydalı iş quruma gəlmək üçün ictimai nəqliyyat imkanları barədə bilgi verilməsidir.

4. Yaxşı olardı ki, struktur bölmələrinin rəhbərləri haqqında biografik bilgilər saytda əks olunsun.

5. Eyni zamanda struktur bölmələrinin dəqiq ünvanları və səlahiyyət çərçivələri əhatə edilərsə işin faydasına olardı.

6. Qurumun cari fəaliyyəti bölməsində qurumdaxili əmr və sərəncamlar və onların reyestrini vermək məqsədəuyğundur.

7. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntıları da burada əks olunmayıb.

8. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında da bilgi verilməsi məqsədəuyğundur.

9. İşə qəbul qaydaları və boş iş yerləri ilə bağlı bilgi verilməsi də işin xeyrinə olardı.

10. Sahə işçilərinin əmək haqları ilə bağlı bilgilərin verilməsi zəruridir.

11. Vətəndaşların qəbulundan imtinanın əsasları və bu sahədə ortaya çıxan mübahisələrin həlli qaydaları saytda əks olunarsa, faydalıdır.

12. Şəffaflığın təmin edilməsi baxımından tender və yarışmalar haqqında bilgi vermək çox gərəklidir.

13. Qurumun norma- (qanun)yaratma fəaliyyəti də saytda əks olunmalıdır.
14. Texniki imkanlar sırasına abunə də əlavə edilərsə, ziyarətçilər üçün çox faydalı olar.

» RESURSLAR

» SON YENILƏMƏ
« oktyabr 2009
Be Ça Çr Ca Şb Bz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

© 2006 – 2010
Müəllif hüquqları Multimedia Mərkəzi-nə məxsusdur
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb
AZ1001 Bakı ş., M. Əfəndiyev küçəsi 5, Multimedia Mərkəzi
Tel.: 492 44 44; Email: info@informasiya.org
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz xahiş olunur