www.informasiya.org
» SƏSVERMƏ
Hökumətin informasiya acıqlığı Sizi qane edirmi?
Yox
Qismən
Bilmirəm
[Nəticələrə bax]

» XƏBƏRLƏRƏ YAZIL
» İmtina et


Açıq Cəmiyyət İnstitutu
Yardım Fondu


Counterpart International



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin www.ombudsman.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR
22 oktyabr 2009 | Çap üçün versiya

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin www.ombudsman.gov.az domen ünvanlı İnternet resursu, icmalda da qeyd etdiyimiz kimi ən çox tələbat duyulan saytlar sırasında olmaqla bərabər məzmun baxımından elə də yaxşı durumda deyil. Bununla belə saytın texniki imkanlarını nəzərə alaraq onun təkmilləşdirilməsi və tamamlanması mümkündür. Ona görə də aşağıda bəzi tövsiyələrimizi təklif edirik:

1. Ziyarətçilərin əks əlaqəsi üçün bilgilər sırasına qurumun ünvanının sxemi və ora getmək üçün ictimai nəqliyyat barədə əlavələr etmək lazımdır.

2. Qurumun strukturu haqqında bilgi verilməsi vacibdir.

3. Yalnız müvəkkil haqqında deyil, bütün rəhbər işçilər barədə biografik bilgilər verilməlidir.

4. Qurumun cari fəaliyyətində qurumdaxili əmr və sərəncamlar haqqında da bilgi gərəklidir.

5. Ümumi dövlət büdcəsi və onun quruma aid hissəsi barədə bilgi verilməlidir.

6. Qurumun təklif etdiyi xidmətlər barədə də bilgilər saytda yer almalıdır.

7. Boş iş yerləri və işə qəbul qaydaları barədə eyni fikir səsləndirilə bilər.

8. Sahə işçilərinin əmək haqları haqda bilgi verilməsi vacibdir.

9. Vətəndaşların qəbulu ilə bağlı bilgi verilməlidir.

10. Tender və yarışmalar məsələsi də eyni haldadır.

11. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgiləri ayrıca sayta yerləşdirmək lazımdır.

12. Saytın texniki imkanları sırasına abunə təklifi də əlavə etmək lazımdır.

» RESURSLAR

» SON YENILƏMƏ
« oktyabr 2009
Be Ça Çr Ca Şb Bz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

© 2006 – 2010
Müəllif hüquqları Multimedia Mərkəzi-nə məxsusdur
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb
AZ1001 Bakı ş., M. Əfəndiyev küçəsi 5, Multimedia Mərkəzi
Tel.: 492 44 44; Email: info@informasiya.org
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz xahiş olunur