www.informasiya.org
» SƏSVERMƏ
Hökumətin informasiya acıqlığı Sizi qane edirmi?
Yox
Qismən
Bilmirəm
[Nəticələrə bax]

» XƏBƏRLƏRƏ YAZIL
» İmtina et


Açıq Cəmiyyət İnstitutu
Yardım Fondu


Counterpart International



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin www.ombudsman.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /ICMAL/
22 oktyabr 2009 | Çap üçün versiya

İnsan Hüquqları üzrə Müvəkkilinin www.ombudsman.gov.az domen ünvanlı İnternet resursu bəlkə də ən çox tələbat duyulan saytlar sırasındadır. Bu baxımdan həmin saytın ən yüksək səviyyədə qurulması və istifadəyə verilməsi olduqca zəruridir. Ona görə də müvəkkilin saytına daha diqqətlə yanaşıb onun tərkibi və funksionallığını dəyərləndirmək üçün ciddi əsaslar vardır. Ancaq təəssüfləndirici haldır ki, bu yanaşma sonucu saytın elə də zəngin olmadığı aşkarlanır. Beləliklə, müvəkkilin saytında aşağıdakı mənzərəni müşahidə etmək olar:

1. Qurum haqqında bilgilər yetərli həddədir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün tam da olmasa bilgilər verilib. Çatışmayan qurumun ünvanının sxemi və ora getmək üçün ictimai nəqliyyat barədə bilgilərdir.

3. Qurumun strukturu haqqında heç bir bilgi verilmir.

4. Rəhbərlərdən yalnız müvəkkilin özü haqqında biografik bilgilər verilir. Başqa heç bir işçi barədə bilgi yoxdur.

5. Qurumun cari fəaliyyəti yaxşı işıqlandırılır. Ancaq qurumdaxili əmr və sərəncamlar haqqında bilgi yoxdur.

6. Ümumi dövlət büdcəsi və onun quruma aid hissəsi barədə heç nə deyilmir.

7. Qurumun təklif etdiyi xidmətlər barədə də saytda heç bir bilgi yoxdur.

8. Boş iş yerləri və işə qəbul qaydaları barədə saytda bilgi verilmir.

9. Sahə işçilərinin əmək haqları da burada öz əksini tapmır.

10. Vətəndaşların qəbulu ilə bağlı heç bir bilgi yoxdur.

11. Tender və yarışmalar məsələsi də eyni haldadır.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə saytdan bilgi almaq mümkün deyildir.

13. Saytın texniki imkanları yetərli sayıla bilər. Ancaq burada abunə təklifi gözə dəymir.

» RESURSLAR

» SON YENILƏMƏ
« oktyabr 2009
Be Ça Çr Ca Şb Bz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

© 2006 – 2010
Müəllif hüquqları Multimedia Mərkəzi-nə məxsusdur
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb
AZ1001 Bakı ş., M. Əfəndiyev küçəsi 5, Multimedia Mərkəzi
Tel.: 492 44 44; Email: info@informasiya.org
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz xahiş olunur