www.informasiya.org
» SƏSVERMƏ
Hökumətin informasiya acıqlığı Sizi qane edirmi?
Yox
Qismən
Bilmirəm
[Nəticələrə bax]

» XƏBƏRLƏRƏ YAZIL
» İmtina et


Açıq Cəmiyyət İnstitutu
Yardım Fondu


Counterpart International



“İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.
29 oktyabr 2009 | Çap üçün versiya

Multimedia 
İnformasiya Sistemləri və Informasiya Sistemləri
Mərkəzinin      

Məlumatı

   29  oktyabr 2009- cu il  tarixdə  Multimedia Mərkəzi tərəfindən “İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər”  mövzusunda Dəyirmi Masa keçirilib.     

   Tədbirdə Multimedia Mərkəzinin direktoru  Osman Gündüz Mərkəz tərəfindən  9 ay ərzində  50 dövlət  qurumunun və 10 Bələdiyyənin internet resursunun monitorinqinin aparıldığını  qeyd edib. Rəsmi saytların 67  parametr üzrə kəmiyyət  və  keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla  informasiya  açıqlığı  vəziyyətinin analiz olunduğunu  bildirilib. İnformasiya  açıqlığı üzrə dövlət  qurumlarının və  Bələdiyyələrin növbəti Reytinq  Cədvəlinin hazırlandığı və ictimaiyyətə təqdim edildiyi vurğulanıb. O, ictimai informasiyaların internet resurslar  vasitəsilə yayılmasında müsbət istiqamətdə xeyli irəliləyişlər olması ilə  bərabər  hələ də  ciddi problemlərin qaldığını  bildirib.
   Layihənin eksperti Azər Həsrət Mərkəz tərəfindən hazırlanan “İctimai informasiya subyektlərinin rəsmi internet resurslarının Monitorinqinin”  konkret nəticələrindən ibarət Hesabatı  və informasiya açıqlığı üzrə Reytinq Cədvəlini təqdim edib.






























 
Hesabatda son  yarım il ərzində   dövlət orqanlarının və bələdiyyələrin rəsmi internet  saytlarında yerləşdirilən informasiyanın  kəmiyyət və keyfiyyət  baxımından mövcud qanunvericiliyə uyğunluğu ilə bağlı vəziyyət öz əksini tapıb.

    Monitorinqin nəticələrinə əsasən informasiya  açıqlığı üzrə Reytinq Cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq   Vergilər Nazirliyi (61%), RİTN (50%) və Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (46%) tutub.
Reytinq Cədvəlində sonuncu yerlər isə Nazirlər Kabinetinə Müəllif Hüquqları Agentliyinə, Kənd Təsərrüfatı Nazirliyinə  məxsusdur.

    Müdafiə Nazirliyinin və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  saytları isə hələ də hazırlanmayıb.
50 dövlət qurumu üzrə orta informasiya  açıqlığı  göstəricisi  21 % təşkil edib.

  Dəyirmi Masada İREX təşkilatının nümayəndəsi Ələsgər Məmmədli, Milli Məclisin şöbə müdirinin müavini Yaşar Əməşov,  Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Əli Kərim, Təhsil Nazirliyinin nümayəndəsi Akif Əliyev, RİTN –nin  rəsmi saytının redaktoru  Rövşən Kazımov, AMEA İTİ-nin şöbə müdiri Gülnarə Nəbiyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi İradə İbrahimova  Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümov və digər  nümayəndələr  çıxış ediblər.

 Çıxışlarda ictimai əhəmiyyət  kəsb edən  informasiyaların  rəsmi saytlardan əldə edilməsi sahəsində son dövrlərdə müəyyən irəliləyişlərin olduğu bildirilib. Xeyli sayda dövlət qurumunun saytlarının tamamilə  yenidən qurulduğu  qeyd edilib. Bununla belə açıqlanması məcburi olan informasiyaların əksəriyyətinin hələ də  saytlardan əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub. Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq  aparılmasının  zəruriliyi qeyd olunub.

 Təqdimat mərasimində hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq  təşkilatların  nümayəndələri  iştirak edib. 

 Monitorinq  ACİ –Yardım Fondu tərəfindən dəstəklənən “İctimai informasiya subyektlərinin informasiya açıqlığı vəziyyətinin Monitorinqi” Layihəsi  çərçivəsində həyata keçirilib.

  Geniş məlumat www.informasiya.org  –da  yerləşdirilib.

Multimedia Mərkəzi
Tel: 492 44 44 
www.informasiya.org 
info@informasiya.org

» RESURSLAR

» SON YENILƏMƏ
« oktyabr 2009
Be Ça Çr Ca Şb Bz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

© 2006 – 2010
Müəllif hüquqları Multimedia Mərkəzi-nə məxsusdur
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb
AZ1001 Bakı ş., M. Əfəndiyev küçəsi 5, Multimedia Mərkəzi
Tel.: 492 44 44; Email: info@informasiya.org
Saytdakı materiallardan istifadə zamanı istinad etməyiniz xahiş olunur